Baş rollarını Demet Özdemirlə Çağatay Ulusoyun paylaşdığı "Eşref Rüya" serialının ötən gün çəkilişlərinə start verilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yeni layihəsi üçün görünüşündə dəyişiklik edib. O, saçlarını, saqqalını uzadaraq bığ saxlayıb.

Çağatayın serialda mafiya başçısı olacağı da üzə çıxıb.

Qeyd edək ki, ekran işinin "Kanal D"də yayımlanması nəzərdə tutulur