İtaliya sahillərində, Aeolian adalarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Alicudi və Filicudi adalarının arasında olan zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib. Bölgədə ard-arda müxtəlif maqnitudalı 8 yeraltı təkan olub.

Zəlzələ İtaliyanın cənubundakı Siciliya adasında, o cümlədən Messina, Kataniya və Palermo şəhərlərində aydın hiss olunub, əhali arasında təşviş yaradıb. Dağıntı və insan tələfatı olmadığı bildirilir.

İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni güclü zəlzələdən sonra yaranan vəziyyəti izləyir.

INGV-nin rəhbəri Karlo Doqlioni bildirib ki, bu zəlzələlər Siciliya adasının şimal hissəsi ilə Tirren dənizinin cənub hissəsi arasında yaxınlaşma və sıxılma ilə əlaqədardır.a