Yevlaxda 20 yaşlı gənci maşın vurub. 

"Unikal"ın məlumatına görə, hadisə Ərəş kəndi ərazisində baş verib. "Mercedes" markalı maşın yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vuraraq ağır yaralayıb. Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov