"Bələdiyyələrin cəmiyyətdə olan imicini dəyişmək lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Aydın Mirzəzadə deyib.
“Mətbuatda “bələdiyyə sədri tutuldu, cərimələndi” kimi xəbərləri tez-tez görürük. Hesabatla tanış olmayan vətəndaş ele bilir ki, bələdiyyə ancaq qanunsuz işlər görür. Ona görə də Ədliyyə Nazirliyi bu istiqamətdə işləməlidir. Tez-tez mətbuatda bələdiyyələrin qəbul etdiyi qərarların ləğv olunması ilə bağlı xəbərlər gedir. Bələdiyyələrdə hüquqşünas ştatının olması vacibdir”.