Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

"Unikal" trend-ə istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə.Atakişiyev 270 saylı məktəbdə texniki işçi kimi çalışan G.Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Atakişiyev saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.