Rusiya vətəndaşı Aleksandr Vinnik ABŞ-də azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.
"Aleksandra qarşı iş bağlanıb; məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - deyə Belot bildirib.
Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.
Vinnik 2017-ci il iyulun 25-də, Yunanıstanda məzuniyyətdə olduğu vaxt ABŞ-nin tələbi ilə həbs edilib. FTB Vinnikin 2010-2011-ci illərdə BTC-E vasitəsilə 4 milyard dollardan çox pulu yuyan cinayət təşkilatının liderlərindən biri olduğunu iddia edib.
Qeyd edə ki, ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığının mövzularından biri də məhbusların mübadiləsi məsələsi olub. Dünən Mark Fogel adlı amerikalı Rusiyada azadlığa buraxılaraq ölkəsinə göndərilib.