Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşəbbüsü ilə 14 yanvar 2025-ci il tarixində başlayan "Pre-CELTA" təlim proqramı uğurla tamamlanıb.
"Unikal" xəbər verir ki, təlimin təşkilatçısı Əcnəbi dillər kafedrasının müdiri dosent Aygün Məmmədova, "CELTA" və "DELTA" sertifikatlarına malik baş müəllim Elnurə Rəfiyeva olub.
Təlim iştirakçılara dünya miqyasında akkreditə olunmuş "CELTA" kvalifikasiyasına hazırlıq, xarici dil tədrisi metodologiyasının əsas prinsipləri və onların praktik tətbiqləri barədə geniş bilik və bacarıqlar qazandırıb. Bildirək ki, proqramın əsas məqsədi müəllimlərin pedaqoji bacarıqlarını inkişaf etdirmək və onların peşəkar inkişafını dəstəkləməkdir.
"Pre-CELTA" təlim proqramı iştirakçılara tədris prosesində müasir metodların və yanaşmaların tətbiqində dərin biliklər qazandıraraq onların gələcəkdə daha effektiv müəllimlər olmalarına şərait yaradıb.