Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Avropa hakimiyyətinin qəzəbinə səbəb olub.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

"Brüsseldə, Berlində, Parisdə və Londonda səslər getdikcə yüksəlir – bəziləri sakit, digərləri isə qəzəbli – ABŞ prezidentinə Rusiya lideri Vladimir Putinin ərazi tələblərinə təslim olmağın sakitləşməyə bərabər olacağı barədə xəbərdarlıq edirlər”, - qəzet qeyd edib. 

“Politico”nun yazdığına görə, Avropa paytaxtlarını Amerikanın yeni administrasiyasının Ukraynanın mütləq NATO-ya daxil olmayacağı və münaqişə başa çatdıqdan sonra ABŞ-nin bu ölkəyə mütləq qoşun göndərməyəcəyi barədə bəyanatları narahat edib. 

Belə ki, adının açıqlanmasını istəməyən avropalı diplomat nəşrə açıqlamasında bildirib ki, Qərb Vaşinqtonun Moskvaya “inanılmaz” güzəştlər edəcəyi ehtimalından ehtiyat edir.