Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib.
"Unikal" xəbər verir ki, ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.
Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.
*** 17:34
Goranboyda ailə münaqişəsi zamanı evin gəlini xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində baş verib. Sözügedən kənddə yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini - 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ile ailə münaqişəsi zəminində mübahisə etmiş, ona doğru əl qumbarası atmışdır.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır. Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılmışdır.
Tural Əhmədov