Xəbər verdiyimiz kimi, Ucarda Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, baş vermiş ağır yol qəzası zamanı Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev dünyalarını dəyişiblər.
Qeyd edək ki, yol qəzası zamanı 14 avtomobil toqquşub. 22 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Ehtiram Muradov