Xəbər verdiyimiz kimi, ötən gün Ucarda 14 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Qəzada 2 nəfər ölüb, 22 nəfər isə xəsarət alıb.
"Unikal"ın məlumatına görə, qəzada həyatını itirənlərdən biri Bərdə rayon sakini 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Mərhumun fotosunu təqdim edirik.