Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.