Hollivud ulduzları Tom Kruz və Ana de Armasın sevgili olduğu iddia olunub.
"Unikal" xəbər verir ki, cütlük Sevgililər Günündə birlikdə Londonun Soho səmtində görüntüləniblər.
Şam yeməyindən sonra cütlük onları səbirsizliklə gözləyən pərəstişkarları ilə foto çəkdiriblər. 62 yaşlı Tom Kruz və 36 yaşlı kubalı aktrisa Ana De Armasın arasında olan yaş fərqi diqqət çəkib.