Fransa prezidenti Emmanuel Makron Ukrayna naminə Rusiya prezidenti Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "La Depeche" yazıb.

"Əlbəttə, belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa, mən Vladimir Putinlə yenidən danışacağam", - Fransa lideri deyib.

Makron bildirib ki, atəşkəs razılaşması “heç bir halda münaqişəni həll etməyəcək”. Onun sözlərinə görə, bağlanmış yeganə atəşkəs sazişi Rusiya Federasiyası tərəfindən yerinə yetirilməyib və Ukraynada nizamlanma üçün ərazi məsələlərini həll edəcək, Ukraynanın təhlükəsizliyinə təminat verəcək, həmçinin uzunmüddətli perspektivdə onun iqtisadi, sosial və siyasi sabitliyinin şərtlərini müəyyən edəcək tam sülh haqqında saziş lazımdır.