Rusiyalı stilist və dizayner Sergey Zverev Ukraynanın "Sülhməramlı" məlumat bazasına əlavə edilib.

"Unikal" xəbər verir ki, buna səbəb kimi Zverevin Rusiyanın xüsusi hərbi əməliyyatına dəstək olması göstərilib. Ukrayna mətbuatının məlumatına görə, dizayner bu yaxınlarda əməliyyat zonasında ölən qohumu ilə bağlı paylaşım edərək Rusiyaya dəstək olub. 

Zverevin bu siyahıya salınması “müharibə təbliğatı” və “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd” kimi izah edilib.

Qeyd edək ki, Zverevin 61 yaşı var.