Türkiyəli müğənni Murat Dalkılıçın həmkarı Dicle Olcayla sevgili olduğu ortaya çıxıb.
"Unikal" xəbər verir ki, son zamanlar Murat Dalkılıçın keçmiş həyat yoldaşı Merve Boluğur ilə barışdığına dair xəbərlər yayılmağa başlamışdı. Lakin Merve Boluğur sosial media hesabında "Exten next olmaz" paylaşımı ilə bu iddialara son qoyub.
Məlum olub ki, Dalkılıç 4,5 aydır Dicle Olcayla münasibət yaşayır.
Qeyd edək ki, müğənni 2015-ci ildə Merve Boluğurla evlənmiş, 2017-ci ildə isə ayrılmışdı.