Niderlandın "Feyenord" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rotterdam təmsilçisinin sabiq futbolçusu Robin van Persi təyin edilib. 42 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Van Persi futbolçu kimi 2001-2004 və 2018-2019-cu illər mövsümündə "Feyenord"da çıxış edib. O, 2020-2024-cü illərdə isə Niderland klubunun gənclər komandasında işləyib. Veteran futbolçunun baş məşqçi kimi son klubu ölkəsində "Herenven" olub.