Goranboy Rayon İcra Hakimiyyətində,  icra başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə aparat iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda, mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, şəhid ailələri və qazilərlə yerlərdə görüşlərin keçirilməsi, "Konstitusiya və suverenlik ili" ilə bağlı tədbirlər planının icrası, Xocalı soyqırımının ildönümü ilə bağlı, anım tədbirinin təşkili, səyyar qəbullarda ünvanlanan müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluğun davam etdirilməsi və verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə edilib.