Zamiq İntiqam oğlu Mədətov “Rabitəbank” ASC-də yeni baş direktor vəzifəsinə təyin edilib. 

"Unikal" xəbər verir ki, O, 1984-cü ildə Lerik rayonunda anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2005-2007-ci illərdə isə “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib. 

Bank karyerasına 2005-ci ildən etibarən kredit mütəxəssisi kimi başlayıb. 11 noyabr 2021-ci ildən etibarən Rabitəbankda ilk olaraq Mikrokreditlər Departamentinin Direktoru olaraq fəaliyyətə başlayıb, 1 iyun 2023-cü il tarixindən isə Mikrokreditlər üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

14 fevral 2025-ci ildə Zamiq Mədətov Baş  Direktor vəzifəsinə təyin edilib.  

Ailəlidir, 2 övladı var.