Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.

"Unikal" xəbər verir ki, qrossmeysterimiz Bandunq şəhərində təşkil olunan 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.

Eltac son turda indoneziyalı Azaryu Setyakini məğlub edib. O, bununla da xallarının sayını 8,5-ə çatdırıb.

Səfərli ən yaxın izləyicisini 1 xal qabaqlamağa nail olub. Turnirə məğlubiyyətlə başlayan şahmatçımız sonrakı 10 görüşdə 7 qələbə və 3 heç-heçəyə imza atıb.

Qeyd edək ki, yarışda Hindistan, Avstraliya, Monqolustan, Filippin və Cənubi Koreya şahmatçıları da iştirak edib.