“Gossip Girl” serialının ulduzu, "Casus Harriet" filmi ilə də tanınan aktrisa Mişel Traxtenberq 39 yaşında vəfat edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, aktrisanın cəsədini anası Manhettenin Cənub Mərkəzi Parkında yerləşən 51 mərtəbəli “One Columbus Place” dəbdəbəli yaşayış kompleksində tapıb. Traxtenberq bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirib.
Son bir neçə ay ərzində aktrisa İnstaqramda silsilə narahatedici fotolar yayımlayıb. Onlarda o, yorğun və bitkin halda görünüb. Pərəstişkarları aktrisanın narkotik istifadə etməsindən şübhələniblər.