İkiqat "Oskar" mükafatı laureatı Cin Hekman və həyat yoldaşı ölü tapılıb.

"Unikal" xəbər verir ki, bu  barədə "Variety" jurnalı məlumat dərc edib. 

"Amerikalı aktyor Cin Hekman və həyat yoldaşı, pianoçu Betsi Arakava yaşadıqları evdə ölü tapılıb. Onların cəsədləri Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb", - nəşr qeyd edib. 

Cütlüyün ölüm səbəbi açıqlanmayıb.