Rusiya “Rossiya Seqodnya” beynəlxalq media qrupundan “Sputnik” agentliyinin nümayəndəliyinin bağlanması məsələsi ilə bağlı Azərbaycanla əlaqə saxlayır və Bakıdan konstruktiv cavab gözləyir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq. Bu mühüm məsələ ilə bağlı mövqeyimizi azərbaycanlı həmkarlarımıza çatdırdıq. Hesab edirəm ki, bu, Bakı üçün heç də az əhəmiyyət kəsb etmir. Biz konstruktiv cavab gözləyirik", - deyə Zaxarova bildirib.