"Sandık Kokusu" serialında "Ayça" obrazını canlandıran Nəsrin Cavadzadə həddindən artıq idman etdiyi üçün xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, xəstəxanada Cavadzadənin omba sümüklərində şiş olduğu öyrənilib. Həkim aktrisaya ehtiyacları istisna olmaqla, hətta gəzməsini belə qadağan edib. 

İntensiv fiziki müalicə kursu keçən Nəsrin Cavadzadə bir gün əvvəl qoltuqaltı ilə çəkiliş meydançasında görüntülənib. Onun bu şəkildə seriala çəkilməsi diqqət çəkib.