Fransız aktyor Jerar Depardye dələduzluğa məruz qalıb. 

"Unikal" xəbər verir ki, rus fırıldaqçılar aktyorun adına banklarln birindən  mikrokredit götürüblər. 

Məlumata görə, 76 yaşlı Depardye hazırda mikromaliyyə təşkilatına faizləri nəzərə almasaq, 5 min rubl ( 96 azn) məbləğində borcludur.

İddia olunur ki, Rusiya vətəndaşlığı olan sənətçi yeni dələduzluq sxeminin qurbanına çevrilib. Voronejdən olan fırıldaqçılar 2024-cü ilin fevralında aktyorun pasport məlumatlarından istifadə edərək kredit götürə biliblər.