Bir müddətdir xəstəxanada müalicə alan türk musiqisinin ustadlarından olan Edip Akbayram 75 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, musiqiçi orqan çatışmazlığından vəfat edib. 

Pnevmoniyadan əziyyət çəkən Akbayram Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına aparılmış, daxili qanaxma səbəbindən reanimasiyaya yerləşdirilmişdi. O, yanvarın 4-dən müalicə alırdı.