“Mediasiya haqqında” qanuna dəyişiklik olunur. 

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 36.7-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, tərəflərin hüquq və vəzifələrinə mediasiya xərclərinin ödənilməsi əlavə olunub.

Qeyd edək ki, 36.7-ci maddəyə əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Anar Kəlbiyev