Tanınmış türkiyəli sənətçi Özcan Dənizin villasında etdiyi əlavələr "şəhərin çirklənməsinə" səbəb olduğu üçün istintaq başladılıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Müğənni martın 5-də bununla bağlı ifadə verəcək.
İstanbul Respublika Prokurorluğu Özcan Dənizin sözügedən villasının Sarıyer səmtində Uskumruköy bələdiyyəsində olduğunu açıqlayıb: "Ərazi daxilində yerləşən 3 villada icazəsiz hovuzlar, əlavə qapalı sahələr və qaraj sahələrinin yaşayış sahəsinə çevrilməsi aşkar edilərək, tikintidə çirklənməyə səbəb olma və mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozma cinayətləri ilə bağlı istintaq başladılıb".
Ağarza Elçinoğlu