Türkiyəli aktyor Atilla Olgaç yeni layihədə rol almağa hazırlaşır.

"Unikal" xəbər verir ki, aktyor "Kızgın topraklar" serialında çəkiləcək. O, "İbrahim" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, A.Olgaç "Kurtlar Vadisi" serialında canlandırdığı "Kılıç" obrazı ilə məşhurlaşıb. O, bir çox məşhur layihədə rol alıb.