İranın paytaxtı Tehranda xanım müğənni kişilərin qarşısında çıxış edib.  Bundan sonra o icazəsiz konsert təşkil etməkdə ittiham edilərək həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xivə Seyizadə fevralın 27-də paytaxt Tehrandakı Emarat Rooberoo məkanında konserti zamanı nəzarətə götürülüb.

 Konserti təşkil edən qrup üzvləri də saxlanılıb.  Lakin qısa zamanda onlar sərbəst buraxılıb. 27 yaşlı Xivə Seyizadə isə həbsdə qalıb.