“Konstitusiya və Suverenlik İli” ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən, YAP rayon təşkilatının inzibati binasının akt zalında, “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə, RİH başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının fəalları, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin əməkdaşları, ağsaqqallar və ziyalılar iştirak ediblər.