Xəbər verdiyimiz kimi, ötən gün Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər.
"Unikal"ın məlumatına görə, bədbəxt hadisə (dəm qazı) nəticəsində həyatını itirən şəhid anası Gülnaz Əliyeva Sabunçu Tibb Mərkəzinin Cərrahi profilli reanimasiya şöbəsinin əməkdaşı olub.
Qeyd edək ki, şəhid Vahid Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.