Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Bazar kənd sakini, 92 yaşlı Hacıyev Hacı Əhməd oğlunun müraciəti əsasında onun evində baş tutan görüşdə kənd sakininin problemləri və qayğılarını dinləyib.

"Unikal" xəbər verir ki, deputat Asif Əsgərov, görüş zamanı Hacı müəllimin müxtəlif məsələlərlə bağlı müraciətlərini diqqətlə öyrənib və ailəyə maddi yadım göstərilib.Daha sonra Ramazan ayının başlanması münasibətilə, Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda iftar ehsan süfrəsi təşkil edib.

Ehsan süfrəsi, şəhidlərimizin müqəddəs ruhlarına ehtiram göstərmək və onların qəhrəmanlıqlarını əziz xatirələrində yaşatmaq məqsədilə keçirilib.

Tədbirdə 400 nəfərdən ibarət şəhid ailələri və aztəminatlı ailələr bir araya gələrək, həmrəylik və yardımlaşma ruhunu yaşadılar. Şəhidlərimizin fədakarlığı və Vətən uğrunda verdikləri müqəddəs canları xüsusi vurğulanaraq, onların ruhuna dualar oxunub. Deputat Asif Əsgərov, şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını və gələcəkdə belə tədbirlərin davam etdiriləcəyini bildirərək, yardımlaşma və həmrəylik çağırışı edib.

Şəhid anaları, cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, onların şəhid ailələrinə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirdilər. Onlar, cənab Prezidentin və Mehriban xanımın şəhid ailələrinə verdiyi dəstəyin onların mənəvi gücünü artırdığını və həyatlarına ümid işığı qatdığını qeyd etdilər.Tədbirdən sonra, az təminatlı ailələrə maddi yardım göstərilib və onların ehtiyacları qarşılanıb