Goranboyda “Konstitusiya və Suverenlik İli” ilə bağlı şəhid ailələri ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin əməkdaşlarının birgə iştirakı ilə Qaradağlı kəndində, Qaradağlı, Xoylu və Yolqulular kəndlərindən olan şəhid ailələri ilə görüşüblər.