Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-İrəvan reysi texniki nasazlıq səbəbindən havaya qalxdıqdan 40 dəqiqə sonra Vnukovo hava limanına qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Təyyarə Moskva vaxtı ilə saat 08:40-da Moskvanın Vnukovo hava limanından havaya qalxıb və uçuşdan 40 dəqiqə sonra ekipaj təyyarənin texniki nasazlıq səbəbindən geri döndüyünü bildirib.

Sərnişinlər həmin aviaşirkətin başqa təyyarəsinə keçirilib və həmin təyyarə ilə İrəvana qayıdacaqlar. 

Ağarza Elçinoğlu