İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo leşəkar futbolçu karyerasını başa vurub.
"Unikal" xəbər veriri ki, ön xətt oyuçusu 39 yaşında butslarını mıxdan asmaw qərarına gəlib.
Neqredo karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya”, “Mançester Siti”, “Midlsbro” və "Beşiktaş"da çıxış edib. Onun sonuncu iş yeri La Liqanın digər təmsilçisi “Valyadolid” olub.
Sözügedən futbolçu "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.
İspaniya millisində 21 matça çıxan Alvaro 10 qol vurub. O, yığmanın sıralarında 2012-ci ildə keçirilən Avropa çempionatının qalibi olub.