Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında 20 Yanvar küçəsində baş verib. "Nissan" markalı minik  maşını  yolu keçmək istəyən  1959-cu il təvəllüdlü piyada Əliyev İlham  Adil oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov