"Biz Şuşa mahnılarımızı, Xankəndi rəqsimizi nə zaman yaradacağıq? Qələbə marşlarımızı nə vaxt kütləvi edəcəyik? Bunlar Qərbi Azərbaycana qayıdışa təsir edən faktlar olacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirdiyi ictimai dinləmədə parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
O bildirib ki, Qərbi Azərbaycan mövzusunu Böyük Qayıdış konteksində dərk edirik: "Böyük Qayıdış artıq milli ideyadır. Bu yalnız coğrafi əraziyə qayıdış deyil, milli kimliyə, milli varlığa qayıdışdır. Bundan ötrü biz mütləq qələbə ideologiyamızı formalaşdırmalıyıq. Bizim qələbəmiz ona səbəb olur ki, "Dənizdən-dənizə Ermənistan", "Böyük Ermənistan" ideologiyası darmadağın olub əvəzində “Real Ermənistan” meydana çıxıb".
Anar Kəlbiyev