Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı "NAZ-Lifan" (taksi) markalı avtomobil toqquşub.

Hadisədə taksinin sürücüsü, 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.