Azərbaycanda bəzi deputatların yaşının çox olması hər zaman ictimaiyyətin marağında olan bir mövzudur. Belə ki, Milli Məclisin VII çağırış deputatları arasında da yaşı 80-ə çatan parlamentarilər var.

"Unikal" yaşı 80-ə çatan deputatların siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA - Unikal.az

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ziyad Səmədzadə parlamentin ən yaşlı üzvüdür. Belə ki, o, 25 iyun 1940-cı il tarixində dünyaya gəlib. "Ağsaqqal deputat"ın 84 yaşı var.
Bir il bundan əvvəl diplomatların maaşı xeyli artıb" - Polad Bülbüloğlu -  Unikal.az

Yaşı 80-ə çatan Milli Məclisin daha bir üzvü isə Polad Bülbüloğludur. 9 fevral 1945-ci il təvəllüdlü Rusiyadakı sabiq səfirimiz Milli Məclisin VII çağırış deputatı seçilib. P.Bülbüloğlu həmçinin Milli Məclisin I çağırış deputatı olub.

qaynarinfo.az

Milli Məclisin bütün çağırışlarında deputat seçilən Eldar İbrahimovun isə sabah 80 yaşı tamam olur. Bu gün Prezident İlham Əliyev E.İbrahimovu 80 yaşının tamam olması münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Hazırladı: Murad İbrahimli