Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.
"Ankaraya səfərimizi müsbət nəticə ilə başa vurduq. Mən Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Gürcüstandakı daxili siyasi münaqişə, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə türk tərəfdaşlarımıza minnətdaram", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək əməkdaşlıq və regional əməkdaşlıq imkanları da müzakirə olunub: "Artan qlobal çağırışlar qarşısında regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə vermək üçün səyləri ikiqat artırmaq lazımdır".
Ağarza Elçinoğlu