17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Bolqarıstan yığması Malta seçməsi üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.