Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının maskotu təqdim edilib.

"Unikal" xəbər verir ki, mundialın qəhrəmanın adı bugünkü püşkatma mərasimində ictimaiyyətə açıqlanıb.

Dünya çempionatının maskotu maraldır. Onun adı isə Maralzadədir.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.