ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə vitse-prezident Cey Di Vensin corablarına diqqət çəkib.
"Unikal" xəbər verir ki, Tramp Vensin corablarının onun diqqətini yayındırdığını deyib.
“Bu corabları bəyənirəm. Mən diqqətimi cəmləməyə çalışdım, amma...", - deyə Tramp bildirib.
Vens İrlandiyanın simvolu olan yonca dizaynlı corab geyinib.