Ermənistanın Tavuş rayonunun Ayqehovit(Uzuntala) kəndi yaxınlığında - Azərbaycanla sərhəd bölgəsində yanğın baş verib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində iki nəfər yaralanıb. 

Yanğınsöndürənlər hadisə yerinə çatana qədər üzüm bağları və kolluqlar yanıb.

Daha sonra yanğının qarşısını almaq mümkün olub. 

Ağarza Elçinoğlu