Rusiya Müdafiə Nazirliyi “Sever” hərbi qruplaşmasının bölmələri tərəfindən azad edilən Kursk vilayətinin Sudja kəndindən kadrları nümayiş etdirib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, kadrlarda dağılmış evlər və digər qəzalı binalar, eləcə də yanmış avtomobillər əks olunub.
Bundan əvvəl Rusiya Ordusu Kursk vilayətinin Sudja kəndinin tamamilə Ukrayna Silahlı Qüvvələrindən azad edildiyini bildirmişdi.