Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçiriləcək.
"Unikal" xəbər verir ki, ilk olaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olacaq. "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.