Bu gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə incəsənət xadiminin qızı Aysel Ziyadxanlı məlumat yayıb.
Xatırladaq ki, Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.