İsrailin baş naziri Benyamin Netanyahu hökumətə etimadı itirdiyinə görə Şin Betin (Ümumi Təhlükəsizlik Xidməti ) rəhbəri Ronen Barın işdən çıxarılmasını təklif edəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, videomüraciəti zamanı deyib:

“Mən bu həftə Şin Betin rəhbərinin işdən çıxarılması ilə bağlı hökumətə təklif təqdim etmək qərarına gəldim".

Siyasətçi Ronen Bara qarşı onda “davamlı inamsızlıq” yarandığını vurğulayıb. Netanyahu əlavə edib ki, “belə ekzistensial müharibə” zamanı baş nazir Şin Betin rəhbərinə tam etibar etməlidir.