"Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Bu həftə mən Prezident İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə danışdım".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviriMayk Uolts “X” hesabında yazıb.
“Biz şadıq ki, Azərbaycan və Ermənistan irəliyə doğru böyük addım atıb və sülh müqaviləsi bağlamaq barədə razılığa gəliblər. Mən ona dedim ki, biz bu sülh sazişini indi başa çatdırmalı və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü bütün dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, - deyə Uolts bildirib.